AZ

Zelenski təsdiqlədi: Sərkisyanı biz məhv etmişik!

Zelenski

Ukrayna Təhlükəsizlik Xidməti Donbasda və Maydanda qətllərdə iştirak edən şəxsi məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

“Ukrayna Təhlükəsizlik Xidməti müvafiq əməliyyat həyata keçirdi, lakin konkret adla bağlı təfərrüatı bilmirəm”, - o bildirib.

Qeyd edək ki, fevralın 3-də Moskvanın elit “Al yelkənlər” yaşayış kompleksində kamikadze hücumu nəticəsində antimaydançı fəal, separatçı və “Arbat” könüllülər dəstəsinin yaradıcısı Armen Sərkisyan məhv edilib.

Seçilən
3
2
xalqcebhesi.az

3Mənbələr