AZ

UEFA rusiyalı baş katibə töhmət verdi - "Mən bu məlumatı açıqlamamalıydım"

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov UEFA tərəfindən töhmət alıb.

Fanat.Az xəbər verir ki, qurumun funksioneri bu barədə "Matç TV" kanalına açıqlamasında özü danışıb: 

"Avropa assosiasiyalarının yarıdan çoxu Rusiya komandalarının UEFA turnirlərinə qayıtmasının tərəfdarıdır. Lakin bu barədə açıq danışmaq mümkün deyil. Konkret, Almaniyanın Rusiyanın geri dönməsinin tərəfdarı olması, Norveç və İsveçin isə buna qarşı olmamasını təkrarlaya bilərəm. Bu, UEFA çərçivəsində müzakirə olunmuşdu. Sonradan bu sözlərə görə UEFA milli assosiasiyalar departamentinin direktoru cənab Zoran Lakoviçdən töhmət aldım. Mən bu məlumatı açıqlamamalıydım. Amma mən bunu artıq demişəm və təsdiq edə bilərəm ki, bu üç ölkə həqiqətən də bu fikirdədir. Almaniya açıq-aydın dedi ki, bizim qayıtmağımızın tərəfdarıdır. Norveç və İsveç bu mövqeyə qarşı olmadığını bildirdi.
Həmin ölkələrdən olan həmkarlarımız deyirlər ki, bizim qayıdışımız uşaqların hüquqlarını qorumaqdır. Uşaq hüquqları haqqında konvensiya var. Gənclərimizi diskvalifikasiya etmək qərarı konvensiyanı pozur. Uşaqlar əziyyət çəkməməlidir. Böyüklərin qərarının əziyyətini uşaq və yeniyetmələr niyə çəkirlər?"

Qeyd edək ki, Rusiya milli komandasının və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması qərarı 2022-ci ilin fevralında verilib. 

Mirağa

Seçilən
1
fanat.az

1Mənbələr