AZ

Nikaraqua BMT-nin FAO proqramından çıxır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Nikaraqua hakimiyyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) çıxmaq qərarına gəlib. Xarici işlər naziri FAO-nun 2024-cü il üzrə ərzaq təhlükəsizliyi hesabatında obyektivliyin olmadığını, yanlış məlumatların yer aldığını və Nikaraquanın daxili işlərinə müdaxilə meylinin sezildiyini bildirib.

Rəsmi Nikaraqua FAO-nun ölkədəki nümayəndəlik və ofislərinin dərhal bağlanmasını tələb edib. Nazir hesabatın hökumətin nüfuzuna zərər vurduğunu da qeyd edib.

Xatırladaq ki, Nikaraqua prezidenti son vaxtlar Rusiya lideri Vladimir Putinlə mütəmadi əlaqə saxlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr