AZ

Dövlət Agentliyinə direktor müavinləri təyin olundu

Bakı. Trend:

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktormüavinləri təyin olunub.

Trend xəbərverir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləriilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyinediliblər.

Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrindəmüəllim, baş müəllim, Elm və Təhsil Nazirliyində baş məsləhətçivəzifələrində çalışıb.

O, 2022-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi vəməktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə,Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub.

Qeyd edək ki, Vəfa Yaqublu Azərbaycan Pedaqoji Rus dili vəƏdəbiyyatı İnstitutunda "Rus dili və ədəbiyyat müəllimliyi"ixtisası üzrə təhsil alıb.

Arslan Hacıyev 2012-2022-ci bir sıra dövlət qurumlarındamüxtəlif rəhbər vəzifələrdə işləyib.

Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2022-ci ildəQazax-Tovuz Regional Təhsil İdarəsini müdiri vəzifəsinə təyinolunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsininmüdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Arslan Hacıyev Azərbaycan Respublikası Prezidentiyanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdətəhsili üzrə Dövlət Proqramı" çərçivəsində Niderlandın "MaastrichtSchool of Management" və ADA Universitetində "Beynəlxalq biznes"ixtisası üzrə təhsilini davam etdirib.

Həmçinin, o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrəbeynəlxaq sertifikat ("Project Management Professional" (PMP)) əldəedib.

Məqalədə:
Seçilən
6
18
az.trend.az

10Mənbələr