AZ

Azərbaycan Premyer Liqasının sonuncusu çempionatı tərk edəcək?

Azərbaycan Premyer Liqasının 2025/206 mövsümündə 12 komanda iştirak edəcəyinə qərar verilib.

AFFA-nın nizamnaməsinə əsasən bu mövsüm Premyer Liqada sonuncu yeri tutan komanda 1-ci Liqaya düşməlidir. 

"Operativ Media" xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bu haqda "CBC Sport" kanalında yayımlanan "Bizim Futbol" verilişində danışıb.

O, Premyer Liqada sonuncu yeri tutan komandanın 1-ci liqa komandası ilə pley-off oynama ehtimalı olduğunu bildirib.

"Premyer liqada son yeri tutmuş komanda nizamnamayə görə çempionatı tərk etməlidir. Lakin müxtəlif illərdə müxtəlif yanaşmalar olur, müxtəlif reallığı nəzərə alaraq AFFA İcraiyyə Komitəsinin qərarı ilə müəyyən qərarlar qəbul edilə bilər. İstənilən halda düşünürəm ki, Premyer Liqada sonuncu yeri tutmuş komanda ya pley-off oynamalıdır, ya da çempionatı tərk etməlidir. Tam olaraq çempionatda qalması bəlkə də məqsədəuyğun olmazdı. Ən azından intriqanı gündəmdə saxlamağa görə bu olmalıdır".

Sərxan Hacıyev pley-off oynayacaq komandalar arasında maliyyə və heyət fərqinin olması haqqında da danışıb.

"Müəyyən hallarda hərdən olur ki, daha zəif komanda motivasiya ilə daha güclü komandaya qalib gələ bilir. Belə hallara onlarla nümunə göstərmək olar. Düzdür, hər dəfə də olan bir məsələ deyil. Həmçinin orada pley-off-un neçə oyundan ibarət olması da rol oynayır. Çalışacağıq ki, qısa muddət ərzində bu məsələyə nöqtə qoyaq ki, komandalar da planlarını bilsinlər".

Seçilən
13
operativmedia.az

1Mənbələr