AZ

80 yaşlı Bülbüloğlunun performansı - Video

Ötən gün Heydər Əliyev Sarayında Xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan yubiley konserti keçirilib.

Ölkə.az qafqazinfo-ya istinadən xəbər verir ki, konsertdə hökumət və dövlət nümayəndələri, deputatlar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət üzvləri iştirak ediblər.

Müğənni-bəstəkarın konserti anşlaq keçib.

Sosial şəbəkələrdəki paylaşımlarda Bülbüloğlunun 80 yaşında olmasına baxmayaraq, konsertinin çox dinamik və rəngarəng keçdiyi bildirilib.

Qeyd edək ki, millət vəkili Polad Bülbüloğlu fevralın 3-də ölkə Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Konsertdən görüntüləri təqdim edirik:

Seçilən
1
2
olke.az

3Mənbələr