AZ

“Mançester Yunayted”in futbolçusu PSV-də

PSV  “Mançester Yunayted”dən icarəyə götürülən müdafiəçi Tayrell Malasianın transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, müqavilədə futbolçunun hüquqlarının 10 milyon avroya alınması variantı nəzərdə tutulub. Həmçinin, ingilis klubu 25 yaşlı niderlandlının maaşının bir hissəsini qarşılayacaq.

Bu mövsüm Malasia bütün turnirlərdə 9 oyun keçirib və heç bir qol vurmayıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Seçilən
7
idmanxeber.az

1Mənbələr