AZ

Zelenski sülh masasına kimlərini oturacağını açıqlayıb

Müharibəyə son qoymaq üçün ABŞ, Avropa, Ukrayna və Rusiya danışıqlar masası arxasında olmalıdır...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

O, Ukraynanın müharibənin qızğın mərhələsini başa çatdırmağa hazır olduğunu və dünyada sülhü hamıdan çox arzuladığını bəyan edib. Onun sözlərinə görə, hətta Vladimir Putinlə söhbət belə artıq güzəşt və kompromisdir:

"Biz inanırıq ki, Tramp uğur istəyir və uğur sağlam düşüncənin qələbəsidir. Bu, müharibənin qaynar mərhələsinin başa çatması və şübhəsiz ki, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanəti deməkdir".

Prezident həmçinin hesab edir ki, Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi yalnız onun qoşunlarının Ukraynaya yenidən müdaxiləsi riskini artıracaq.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti müharibəni 100 günə bitirməyin yolunu tapmaq istəyir. Ötən gün o, komandasının artıq Ukrayna və Rusiya tərəfləri ilə görüşlər təyin etdiyini açıqlayıb.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr