Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə Donbasda qətllər və Maydan hadisələri ilə bağlı ittiham olunan şəxsi məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.
Söhbətin bu yaxınlarda Moskvada yaşayış kompleksində baş vermiş partlayış nəticəsində ölən “ArBat” batalyonunun təsisçisi Armen Sərkisyandan getdiyi ehtimal edilir.
Ukrayna prezidenti konkret ad çəkmədən qeyd edib ki, Milli Təhlükəsizlik Xidməti ukraynalıları öldürməkdə ittiham olunan şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.
Zelenski zərərsizləşdirilən şəxslə şəxsən tanış olmadığına aydınlıq gətirib, həmçinin qətlə yetirilən şəxsin adını bilmədiyini qeyd edib.
Sərkisyan ölümündən əvvəl Kiyevdə Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz və separatçı birləşmələrdə iştirakda ittiham olunub.
Xatırladaq ki, Armen Sərkisyan fevralın 3-də Moskvada öldürülüb. O, Ukraynaya qarşı döyüşən erməni yaraqlılarından ibarət “ArBat” batalyonunun rəhbəri və Donetskdəki separatçı rejimin “Boks Federasiyasının prezidenti” olub.