AZ

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Hər an deportasiya...

Rusiyada bu gündən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna edilib.

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Xatırladaq ki, Rusiya xeyli azərbaycanlı miqrant var.

Bizim.Media

Seçilən
8
14
bizim.media

10Mənbələr