AZ

5 qapılı Suzukiyə "hücum" - Sifarişləri dayandırıldı

"Suzuki Jimny"nin beş qapılı versiyası "Jimny Nomade" Yaponiyada satışa çıxarıldıqdan cəmi dörd gün sonra 50 min sifariş toplayaraq şirkətin gözlənilməz dərəcədə böyük tələblə üzləşməsinə səbəb olub.

Milli.Az xəbər verir ki, "Suzuki" belə maraq gözləmədiyi üçün dərhal sifarişlərin qəbulunu dayandırıb və nə zaman yenidən açılacağına dair hər hansı açıqlama verməyib. Hətta aprel ayında planlaşdırılan bütün təqdimat tədbirləri də ləğv edilib. Bunun əsas səbəbi Yaponiyadan gələn tələbin istehsal gücünü üstələməsidir.

Hindistanda istehsal edilən "Jimny Nomade" Yaponiyadan əlavə, Cənubi Afrika və Latın Amerikası kimi bazarlara da ixrac olunacaq. Bu səbəbdən Yaponiyaya ayrılan aylıq tədarük yalnız 1200 ədəd təşkil edəcək. Bunun nəticəsində beş qapılı modelin çatdırılma müddəti 3,5 il kimi qeyri-müəyyən vaxta qədər uzana bilər. Şirkət sifarişlərin müvəqqəti olaraq dayandırıldığını bildirərək müştərilərdən üzr istəyib və gələcəkdə istehsal vəziyyətinə uyğun olaraq yeni elan veriləcəyini qeyd edib.

"Jimny Nomade" üç qapılı versiya ilə müqayisədə daha uzun təkər bazasına və əlavə qapılara sahib olsa da, off-road qabiliyyətlərini qoruyaraq daha praktik istifadə imkanı yaradır. Üç qapılı versiyadan 340 mm uzun olan modelin ümumi uzunluğu 3.890 mm-dir.

İslam
Milli.Az

Seçilən
1
milli.az

1Mənbələr