Tennis üzrə Böyük Dəbilqə seriyalı turnirlərin ikiqat qalibi rumıniyalı Simona Halep karyerasını bitirdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu, dünyanın sabiq bir nömrəli tennisçisi vətənində keçirilən yarışın ilk dövrəsindəcə italiyalı Luçiya Brontsettiyə böyük hesabla (1:6, 1:6) uduzduqdan sonra qərarını açıqlayıb.
33 yaşlı idmançı dərhal korta çıxaraq karyerasını bitirdiyini bəyan edib.
Qeyd edək ki, Simona Halep 2018-ci ildə Fransanın açıq çempionatı və 2019-cu ildə Uimbldon turnirlərinin qalibi olub. O, həmçinin 64 həftə ərzində WTA (Qadın Tennisçilər Assosiasiyası) reytinqinə başçılıq edib.
Müəllif: Röyanə Oğuz