Yazıçı-jurnalist Bəhram Çələbi 79 yaşında vəfat edib.
Bu barədə APA-ya mərhumun həyat yoldaşı məlumat verib.
Bildirilib ki, o, dünən gecə saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, B. Çələbi 1946-cı ildə Şəkidə anadan olub. O, bir müddət Şəki şəhərində müxtəlif vəzifələrdə çalışıb və 1980–1996-cı illərdə Şəki Şahmat Məktəbinin direktoru olub. Kriminal mövzularda kitabların müəllifidir.
Mərhum Şəki şəhər qəbiristanlığında dəfn ediləcək.