AZ

"Real"ın istədiyi ulduz futbolçu qərarını verdi

"Bavariya" klubu Alfonso Devis ilə yeni müqavilə imzalayıb. Metbuat.az xəbər verir ki, yeni müqavilə 2030-cü ilə qədər nəzərdə tutulub. Məlumata görə, yeni müqavilədə futbolçunun məvacibi açıqlanmayıb. Bundan əvvəlki xəbərlərdə futbolçunun 18-20 milyon avro maaşa qane olacağı irəli sürülmüşdü.

Qeyd edək ki, Alfonso Devisin "Bavariya" klubu ilə müqaviləsi mövsümün sonundan yekunlaşırdı. Futbolçu ilə “Real Madrid” klubu maraqlanırdı. Bildirilir ki, “Real” mövsümün əvvəlində futbolçunu transfer etmək üçün hərəkətə keçsə də, transfer reallaşmayıb. Alfonso Devis 2019-cu ildən bu yana “Bavariya”nın formasını geyinir.

Seçilən
6
12
metbuat.az

10Mənbələr