AZ

Alimlər ekstremal şəraitdə yaşayan canlıları araşdırıb– ÖZƏL

Son elmi araşdırmalar göstərib ki, Yer kürəsinin dərinliklərində heyrətamiz mikrob ekosistemləri mövcuddur. Olaylar.az xəbər verir ki, Vuds-Houl Okeanoqrafiya İnstitutundan Emil Raffın rəhbərlik etdiyi tədqiqat qrupu həm okean dərinliklərində, həm də quruda bu unikal canlıları araşdırıb.

50-dən çox mütəxəssisin iştirakı ilə aparılan tədqiqat zamanı qazıntı quyularındakı su hövzələri, yeraltı mağaralar, dəniz termal mənbələri və səth çöküntülərində yaşayan mikroorqanizmlər tədqiq edilib. Nəticələr göstərib ki, yeraltı ekosistemlər səthdəki qədər müxtəlif, bəzi hallarda isə daha da zəngindir.

Alimlər qeyd edirlər ki, günəş işığının və enerji mənbələrinin olmadığı bu mühitlərdə həyat öz unikal yolları ilə inkişaf edir. Mikrob və mikrobioloji canlılar hidrogen, metan və kükürddən istifadə edərək sağ qalır. Həyat tempi çox yavaş olsa da, bəzi hüceyrələr ildə min dəfə bölünərək təkamüldə üstünlük əldə edir.

Tədqiqat çərçivəsində 478 arxea və 964 bakteriya növü araşdırılıb, 147 metagenom analizi aparılıb. Yeraltı və səth ekosistemləri arasında kəskin sərhəd müəyyən edilməsə də, onların tərkibində əhəmiyyətli fərqlər müşahidə olunub. Emil Raff vurğulayıb ki, seçmə şərtləri quru və dəniz mühitlərində fərqlidir.

Bu nəticələr alimləri bir daha düşündürür: görəsən, Marsın dərinliklərində də ekstremal şəraitə uyğunlaşmış canlılar yaşaya bilərmi?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr