AZ

Əriyən buzlaqlar arxeoloji kəşflərə yol açır– ÖZƏL

Olaylar.az xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində dağ və digər buzlaqların əriməsi nadir arxeoloji tapıntıların üzə çıxmasına səbəb olub. Bu proses qədim mədəniyyətlərə aid izlərin aşkarlanması ilə yanaşı, yeraltı məskənlərin, o cümlədən Qrenlandiyada yerləşən Amerikan hərbi bazasının üzə çıxmasına şərait yaradıb.

Buzun altında yüz illər, hətta min illər ərzində qorunub saxlanılan tarixi dəlillər oksigensiz və soyuq mühit sayəsində indiyədək mövcudluğunu itirməyib. Məsələn, Norveçdə arxeoloqlar son araşdırmalar zamanı buzlaqların əriməsi nəticəsində ortaya çıxan maraqlı artefaktlar aşkar ediblər. Onların arasında uzunluğu yarım metrə, eni isə 15 santimetrə çatan, dəridən hazırlanmış bağlamaları hələ də üzərində olan 1300 illik taxta xizək də var.

Bundan başqa, qazıntılar zamanı dəmir uclu ox, taxta dəstək və qədim dövrlərə aid parça fraqmentləri tapılıb. Oxa aid lələklər tam çürüsə də, onların izləri hələ də görünür. Tapıntılar arasında həmçinin vikinqlər dövründən qalan at dişi də var.

Bu kəşflər Norveçin qədim ticarət yollarından biri olan Lendbrin buzlaq keçidində edilib. Həmin ərazi Roma dövründən orta əsrlərə qədər mühüm ticarət və nəqliyyat marşrutu kimi istifadə olunub. Son illərdə buzlaqların geri çəkilməsi nəticəsində üzə çıxan artefaktlar, alimlərə Skandinaviya xalqlarının tarixi və yüksək dağlıq ərazilərdəki həyat tərzi barədə daha çox məlumat əldə etməyə kömək edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr