Ağstafada dəm qazından zəhərlənən hərbiçilərin kimliyi məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, zəhərlənlər Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü R.Hacızadə, Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü R.Əliyev və Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü S.Abdullazadədir.
Faktla bağlı araşdırma aparılır.
***
09:18
Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.
3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Məlumata görə hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.
Onların hərbiçi olduğu bildirilir.
Fakt araşdırılır.