AZ

Səudiyyə Ərəbistanı Trampın iddiasını rədd etdi

Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın Ər-Riyadın İsraillə normallaşmanın şərti kimi Fələstin dövlətinin yaradılmasından imtina etməsi ilə bağlı iddiasını rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

“Səudiyyə Ərəbistanının bu qətiyyətli mövqeyi danışıqlar və ya sövdələşmə predmenti ola bilməz, Fələstin xalqı beynəlxalq legitimlik qərarlarına uyğun olaraq öz qanuni hüquqlarını əldə etmədikcə, davamlı və ədalətli sülhün əldə edilməsi mümkün deyil. Bu durum ABŞ-nin keçmiş və indiki administrasiyalarına da izah edilib”, - qurum vurğulayıb.

ABŞ prezidenti bundan öncə Vaşinqtonda İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında “Ər-Riyad Təl-Əvivlə normallaşma üçün Fələstin dövlətinin yaradılmasını tələb edirmi” sualına belə cavab vermişdi:

“Yox, belə bir tələbləri yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
22
teleqraf.com

1Mənbələr