Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
“Kəpəz” Tovuzda “Neftçi”ni qəbul edəcək. “Sabah” isə doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.
“Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Qarabağ” oyunları sabah keçiriləcək.
Bu mərhələnin cavab qarşılaşmaları isə fevralın 27-də və 28-də baş tutacaq.
Azərbaycan Kuboku: 1/4 final, ilk oyunlar
5 fevral
16:00 “Kəpəz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Tovuz şəhər stadionu.