Bakı. Trend:
Sinoptiklərin məlumatına görə yaxın günlərdə Bakıda və Abşeronyarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davamedəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.
Trendxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.
Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilənxəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz hallarınqarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərəkonlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarınaciddi riayət etməyi xahiş edir.
"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri vəsürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitindəhərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükünqablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimitəhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkənqapalı məkanlara üstünlük vermək tövsiyə olunur",- məlumatda qeydedilib.