AZ

Nazir onlara vəzifə verdi -

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə yeni direktor müavinləri təyin olunub.Metbuat.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin ediliblər. Vəfa Yaqublu bundan əvvəl ali təhsil müəssisələrində müəllim, baş müəllim, Elm və Təhsil Nazirliyində baş məsləhətçi, həmçinin Nazirliyin müvafiq şöbələrinin müdiri vəzifələrində çalışıb.

Arslan Hacıyev 2012-2022-ci illərdə bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə işləyib, daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəhbərlik edib. O, 2024-cü ilin noyabrından Agentliyin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Seçilən
0
5
metbuat.az

10Mənbələr