Bakı. Trend:
Bu ilin yanvar ayı üzrə Bakı Fond Birjasında (BFB) ticarətolunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.
Trend Fondaistinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olanşirkət “ABB İnvest İnvestisiya Şirkəti” QSC olub (6,6 milyardmanat).
Siyahıda ikinci pillədə 3,9 milyard manat dövriyyə ilə “PAŞAKapital İnvestisiya Şirkəti” QSC, üçüncü yerdə isə 1,1 milyardmanat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASCqərarlaşıb.
Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərinrenkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elanolunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətlikağızlar bazarı üzrə manatla hesablanır.
Rank | Adı | Dövriyyə (manatla) | Əməliyyatların sayı |
---|---|---|---|
1 | "ABB İnvest İnvestisiya Şirkəti" QSC | 6,646,836,936.00 | 3183 |
2 | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC | 3,893,511,819.00 | 593 |
3 | “Assist Finance İnvestisiya şirkəti” ASC | 1,084,386,703.00 | 399 |
4 | “CPM-İnvest İnvestisiya Şirkəti” QSC | 386,341,146.00 | 318 |
5 | "Xalq Kapital İnvestisiya Şirkəti" QSC | 355,275,000.00 | 36 |
6 | “Unicapital İnvestisiya Şirkəti” ASC | 282,024,355.00 | 806 |
7 | "İnvest-Az İnvestisiya Şirkəti" QSC | 89,913,361.00 | 95 |
8 | "Capital Partners İnvestisiya Şirkəti" QSC | 74,368,154.00 | 74 |
9 | “CFI Financial İnvestisiya Şirkəti” QSC | 48,334,942.00 | 25 |
10 | "Troni İnvestisiya Şirkəti" QSC | 34,120,256.00 | 772 |
11 | “MFX Trading İnvestisiya Şirkəti” ASC | 3,600,000.00 | 4 |
12 | “PSG Kapital İnvestisiya Şirkəti" ASC | 1,836,320.00 | 32 |