"Arsenal"ın və "Milan"ın sabiq hücumçusu Olivye Jiru PSJ-nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Le Parisien" fransalı futbolçunun dediklərini belə çatdırıb.
“Xviça meydanda çox gözlənilməzdir. O, təkbətək döyüşdə çox yaxşıdır və rəqiblərini asanlıqla üstələyir”
Xatırladaq ki, Kvaratsxelia yanvarda transfer pəncərəsində "Napoli"dən Paris klubuna keçib. Yarımmüdafiəçi fransızlarla uzunmüddətli əmək müqaviləsi imzalayıb. Transfer 70 milyon avro təşkil edib. Mövsümün ilk hissəsində gürcü "Napoli"nin heyətində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.