“Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoq aparmayıb. Hazırda təmaslara heç bir maneə yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, nə etmək lazım olduğuna dair ümumi bir anlayış var.
Ehtimal ki, Eyni fəal dialoq Bakı ilə də davam edir. Çünki Paşinyan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrində yerləşdirməməyə hazır olduğunu açıqlayıb. Bu təklif artıq yazılı şəkildə Bakıya göndərilib.
Müşviq Tofiqoğlu
KONKRET.az