AZ

100 milyon avroluq vinger hədəfdədir

"Sportinq"in vingeri Geovani Kenda "Mançester Yunayted"in maraq dairəsindədir.

90deqiqe.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim 17 yaşlı vunderkindlə Portuqaliyada birlikdə olduqları vaxtdan yaxşı tanışdır. 

"Yunayted" yüksələn ulduzu yay transfer pəncərəsi üçün hədəflərindən biri kimi müəyyənləşdirib.

Futbolçunun müqaviləsində 100 milyon avroluq satın alma maddəsi var, lakin, "Sportinq" onu  60 milyon avroya satmağa hazır olduğu bildirilir.

Geovani Kenda bu mövsüm Lissabon təmsilçisinin heyətində 35 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib

Seçilən
6
90deqiqe.az

1Mənbələr