AZ

Zelenski Putinlə görüşə biləcəyini açıqladı: "Amma ona qarşı nəzakətli olmayacam"

“Əgər bu, Ukrayna vətəndaşlarına sülh gətirəcək və insan tələfatına səbəb olmayacaq yeganə variantdırsa, mən Rusiya ilə danışıqlara hazıram”.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

Rusiya prezidenti ilə üz-üzə görüşməyə hazır olduğunu bildirən Zelenski, Putinə qarşı nəzakətli olmayacağını da qeyd edib:

"Ona münasibətimin nə əhəmiyyəti var? Mən ona qarşı nəzakətli olmayacağam. Onu düşmənim kimi görürəm. Açığı, onun da məni düşmən gördüyünə inanıram".

Seçilən
9
publika.az

1Mənbələr