Bakıda dayanma-durma qaydasını pozan sürücünün videosu sosial şəbəkədə qınaq obyekti olub. Avtosfer.az xəbər verir ki, hadisə Salyan şosesində qeydə alınıb.
Belə ki, 99-XM-073 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü ikinci cərgədə parklanma edərək qaydaları pozub. Hadisəni lentə alan sürücü parklanma yerindən çıxan zaman çətinliklə üzləşib. O, qaydaları pozan sürücüyə iradını bildirdikdə isə qarşı tərəfdən heç bir üzrxahlıq görməyib. Əksinə, qayda pozan şəxs “arxaya ver, çıx” ifadəsi ilə öz hərəkətini haqlı göstərməyə çalışıb.
Fərid