AZ

Təyyarə qəzası ilə bağlı ilkin hesabat nə dərəcədə obyektivdir?- ÖZƏL

"Qazaxıstan AZAL təyyarəsinin vurulması ilə bağlı obyektiv mövqe ortaya qoymadı. Görünür,  Rusiya Qazaxıstana ciddi siyasi təzyiqlər edib. Azərbaycan KİV vasitəsilə Rusiyanın Pantsir1  HHM təyyarəsinin vurulmasını qeyd etdi. Azərbaycan təyyarəsi niyə vurulub? Niyə üzr istənilmir?"  "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Qazaxıstan təyyarənin Pantsir1 raket vasitəsilə vurulduğunu və təyyarənin qəsdən Xəzər üzərinə yönləndirməsini açıqlaya bilmədi. Qazaxıstan tərəfi təyyarənin Rusiyanın vurduğunu açıqlamadı. Əslində, Astananın belə bir mövqe ortaya qoyacağı gözlənilən idi. 
AZAL mülki  təyyarəsi Rusiya siyasi hakimiyyətin göstərişi ilə Azərbaycana siyasi təzyiq etmək üçün vurulmasını istisna etmirəm. Rusiya Azərbaycandan rəsmi üzr istəmir və təzminat ödəməsini üzərinə götürmür. Rusiya ədalətsiz olaraq, beynəlxalq hüquqa zidd olaraq, dünya ilə müharibə aparır. Ukraynada milyonlarla insan öldürüb, şəhərlər dağıdıb. Əlbəttə ki, Azərbaycandan üzr istəməyəcək. Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməli və Rusiyadan izahat tələb etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr