AZ

Trampdan Qəzza ilə bağlı dəhşətli ssenari... - HƏMAS açıqlama yaydı



ABŞ Prezidenti Donald Trampın Qəzza zolağına nəzarətlə bağlı açıqlamaları gülünc və absurddur.

Bakupost.az xəbər verir ki, bunu HƏMAS hərəkatının rəsmi nümayəndəsi Sami Əbu Zuhhri Reuters-ə verdiyi müsahibəsində bildirib.

"Trampın Qəzzaya nəzarət etmək istəyinə dair fikirləri gülünc və absurddur. Bu tipli hər hansı fikirlər regionda münaqişəni qızışdıra bilər", - deyə o vurğulayıb.

Xatırladaq ki, Tramp fələstinliləri bölgədən qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. Siyasətçi İsrailin baş naziri Benyamin Netanyahu ilə fevralın 5-də keçirdiyi mətbuat konfransında ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını deyib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub. Onlar Ağ Ev rəhbərinin təkliflərini yerli əhalini qovma prosesi adlandırıblar. Netanyahu isə ABŞ prezidentini dəstəkləyib.

Lalə, BakuPost

Seçilən
5
11
bakupost.az

10Mənbələr