AZ

HƏMAS fələstinlilərin Qəzzadan köçürülməsi təklifinə cavab VERDİ

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin başqa ölkələrə köçürülməsi təklifi Fələstin davasını məhv etmək üçün qəbuledilməz cəhddir.

Redaktor.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının nümayəndəsi İzzət ər-Rişkin bəyanat yayıb.

“Biz ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı Fələstin xalqını yenidənqurma bəhanəsi ilə vətənlərini tərk etməyə çağırdığı bəyanatını rədd edirik”, - hərəkat nümayəndəsi qeyd edib.

Ər-Rişkin fikrincə, Amerika liderinin sözləri Fələstin məsələsini ləğv etmək üçün açıq cəhddir.

Tramp daha əvvəl Qəzzalıların Misir və İordaniyaya köçürülməsini təklif etmişdi. O, həmçinin qeyd edib ki, anklav yaşayış üçün yararsız olduğu üçün sökülməlidir.

Türkan İSGƏNDƏRLİ

Seçilən
9
redaktor.az

1Mənbələr