AZ

Rusiyadakı azərbaycanlıların nəzərinə: deportasiya oluna bilərsiniz!

Rusiyada bu gündən miqrantlarla bağlı qaydalar sərtləşdirilir.

News24.az-ın Modern.az-a istinadla məlumatına görə, bu gündən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minib.

Müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna edilib.

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Qaydalar bütün miqrantlara, o cümlədən Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına da aiddir.

Seçilən
17
14
news24.az

10Mənbələr