AZ

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

Bakı. Trend:

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevənmüştəriləri üçün xüsusi olaraq 100 seriyalınömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər“055 100 XX XX” formatında unikal nömrələr əldəedə biləcəklər.

Yeni 100 seriyalı prestijli nömrələri "Bakcell"in rəsmi satışməntəqələrindən fiziki SIM və eSIM, həmçinin rəsmi vebsayt və mobiltətbiq vasitəsilə eSIM olaraq əldə etmək mümkündür.

Yeni seriyalı nömrələri onlayn şəkildə əldə etmək üçün sadəcəwww.bakcell.com/esim səhifəsinə keçid etmək kifayətdir.Link vasitəsilə,həmçinin smartfonun eSIM-i dəstəkləməsini yoxlamaq olar.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsiləAzərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycaniqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarındanbiridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOLHolding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Seçilən
5
41
az.trend.az

10Mənbələr