ABŞ-nin Ohayo ştatında bir müəssisədə atışma baş verib. Bir neçə nəfər yaralanıb.
“Bakuinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə NBC4i portalı məlumat yayıb.
Məlumata görə, atışma Nyu-Olbani şəhərində kosmetika istehsalçısı “KDC/One”a məxsus binada baş verib. Bir neçə nəfər yaralanıb və yerli xəstəxanalara çatdırılıblar.
Portal yaralananların sayı və vəziyyəti barədə məlumat vermir.