İranda tunel çökdü - FOTO
Bu gün, fevralın 5-də İsfahanda metronun 2-ci xəttinin tikintisi zamanı tunel qismən çöküb. Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 2 stansiyanı birləşdirən ərazidə baş verib. Uçulmaya yerdəki qum qatları səbəb olub. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb. Hadisə yerinə operativ şəkildə 3 xilasedici briqada, yanğınsöndürənlər, metropoliten əməkdaşları və polis qüvvələri cəlb olunub. Metronun 2-ci xətti şəhərin şimal və şimal-şərqini birləşdirir və Dövlət stansiyasında 1-ci xətt ilə kəsişir. ![تونل](https://cdn-news.inn.ir/photo/1403/11/17/13549b8ac81d042de685079305d11583-a-i-l.jpg)