Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondunun növbəti güzəştli ipotekakreditlərini ayırması mənzillərin qiymətinə təsir edəcək.
Bunu Trend-ə açıqlamasında AzərbaycanQiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspertVüqar Oruc deyib.
O vurğulayıb ki, hər dəfə belə ayırmalar olduqda daşınmaz əmlakbazarında, əsasən, mənzil seqmentində satış və tələb artır:
"Tələb artdıqca mənzillərin qiyməti də artır. Bu il başlanandamənzillərin qiymətinin artmasını müşahidə edirik. Belə ki, buartımlar limitlər ayrılmamış bazara öz təsirini göstərir.Rieltorlar və alıcılar artıq mənzil axtarışına başlamışdılar. Bu daötən ilin dekabırına nisbətən 2%-ə qədər qiymət artımıyaratmışdı.
Ayrılan limitlər dəyişməyib. Hazırda Fondun ayırdığı ipoteka100-150 min manat arasında dəyişir. Mənzil almaq niyyətində olanvətəndaşlarımız böyük məbləği özləri ödəyəcəklər. Şəhərin mərkəzinəvə mərkəzə yaxın ərazilərdən deyil, kənardan mənzil alacaqlar.Çünki hazırda ayrılan limitlə şəhərin mərkəzində və mərkəzə yaxınərazilərdə yalnız birotaqlı mənzil almaq mümkündür. Bu baxımdan,vətəndaşlar limitlərin növbəti dəfələrdə artırılmasını gözləyir.Bununla vətəndaşlara imkan yaranacaq ki, paytaxtın yaxşı yerlərindəmənzil ala bilsinlər".
Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmovbildirib ki, güzəştli ipoteka kreditləri daha əlverişli şərtlərlə,aşağı faiz dərəcələri ilə təqdim edildikdə, alıcıların mənzilalmağa marağı artır.
"Bu, ümumilikdə mənzil bazarındakı tələbin artmasına səbəb olabilər. Tələb artdıqca, xüsusilə yaxşı yerləşən ərazilərdə,qiymətlər yüksəlmək meyli göstərə bilər. Yüksələn tələbdən dolayı,tikinti şirkətləri və satıcılar daha yüksək qiymətlər təklif etməyəbaşlaya bilərlər.
Güzəştli ipotekaların təsiri, əsasən, şəhər mərkəzlərinə vəinkişaf etməkdə olan ərazilərə təsir edəcək", - deyə o qeydedib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İpoteka və KreditZəmanət Fondu (İKZF) tərəfindən 2025-ci il ərzində ipotekakreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkilbanklara ipoteka kreditlərinin, o cümlədən, güzəştli ipotekakreditlərinin verilməsi üçün limitlər ayrılıb. Məlumata görə,vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 6fevral saat 10:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə 7fevral 10:00-dan etibarən baxılacaq.