AZ

Finlandiya XİN Baltik dənizində kabellərin zədələnməsini qəza hesab etmir  

Finlandiyanın xarici işlər naziri Elina Valtonen 2024-cü ilin sonlarında Baltik dənizində sualtı kabellərin zədələnməsinin təsadüfi xarakter daşıması ilə bağlı şübhələrini bildirib...

 

Poliqon xəbər verir ki, nazir ardıcıl dörd hadisənin hamısının təsadüfi olmasının çox çətin ehtimal olduğunu bildirib.

Valtonen qeyd edib ki, ölkə hakimiyyəti araşdırmalarını davam etdirir: "Finlandiya ilə bağlı olan bütün bu işlərdə biz hələ də istintaq mərhələsindəyik. İstintaq tamamlanana qədər biz heç bir qərar verə bilmərik".

Hadisələr 2024-cü ilin noyabr və dekabr aylarında baş verib. Noyabrda Finlandiya ilə Almaniya arasında C-Lion1 telekommunikasiya kabeli, eləcə də İsveç və Litva arasındakı kabel zədələnmişdi. Dekabr ayında Finlandiya və Estoniya arasında EstLink2 kabeli və Finlandiyanı Estoniya və Almaniya ilə birləşdirən digər dörd telekommunikasiya kabeli zədələnib.

Bir sıra insidentlərdən sonra bölgədəki NATO ölkələri sualtı infrastrukturun mühafizəsi üçün Baltik Qvardiyası missiyasının yaradıldığını elan ediblər. İsveç prokurorluğu təxribat nəzəriyyəsini dəstəkləyən heç bir dəlil tapmayıb. WP yazıb ki, kabellər çox güman ki, təsadüfən zədələnib. Rusiya tərəfi hadisələrdə iştirakını inkar edir.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr