AZ

Karateçilərimizüzrə 52-ci Avropa çempionatında iştirak edəcək

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri Polşanın Bielsko-Biala şəhərində 52-ci Avropa çempionatında iştirak edəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Yığmamız mundialda 28 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.

Bundan başqa, beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayev və Rənad Əliyev yarışda hakim qismində çıxış edəcəklər.

Yığmamız yarışa Gənclər və İdman Nazirliyinin Qeyri-olimpiya növləri üzrə sektor müdiri Fəqan Səfərovun, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, yarış fevralın 7-dən 9-dək davam edəcək.

Seçilən
1
sia.az

1Mənbələr