Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı, tanınmış gimnast Lalə Kramarenko növbəti dəfə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, zədədən əziyyət çəkən və əməliyyatdan sonra bərpa prosesi keçən Rusiya yığmasının üzvü Maldiv adalarında istirahətindən fotolar paylaşıb.
20 yaşlı idmançı ağ çimərlik geyimində, okean sahilində şəkillər çəkdirib.
20 yaşlı Lalə Kramarenko 2021-ci il Avropa çempionu, 2019-cu il gənclər arasında dünya çempionu və 2018-ci il gənclər arasında Avropa çempionudur. 2024-cü ildə bədii gimnastika üzrə Rusiya çempionatında Kramarenko beş qızıl medal qazanıb. Gimnast Kazanda keçirilən BRİKS Oyunlarında fərdi çoxnövçülükdə də qalib gəlib. Keçən il o, "Rusiyanın qüruru: İlin idmançısı" kateqoriyasında Milli İdman Mükafatını qazanıb.