AZ

Azərbaycan və Monqolustan arasında əməkdaşlıq sahələri müzakirə edilib

Bakı. Trend:

3-5 fevral tarixində xarici işlər nazirinin müavini ElnurMəmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumətmissiyası Monqolustanda səfərdə olub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Səfər zamanı Azərbaycan Respublikası xarici işlər nazirininmüavini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri xanımBatmunx Battsetseq, yol və nəqliyyat naziri Delqersixan Borxuu,Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviriOdbayar Erdenetsoqt ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycan hökumət missiyasınıyüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran, ocümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistikaimkanları, yaşıl enerji, humanitar və digər məsələlər müzakirəedilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikincisiyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrəAzərbaycan tərəfindən xarici işlər nazirinin müavini ElnurMəmmədov, qarşı tərəfdən isə Monqolustan xarici işlər nazirliyinindövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər. Siyasiməsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələringenişləndirilməsi, yüksək səviyyəli səfərlər mübadiləsi, həmçininbeynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət,energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digərsahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirəolunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd TəsərrüfatıNazirliyi, Müdafiə Sənaye Nazirliyinin, AzərGold nümayəndələri üçünMonqolustanın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləriilə görüşləri təşkil edilib. Azərbaycan nümayəndələri üçün bir neçəsahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib,müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri haqqındaməzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir sıra sənaye zonalarınaturlar təşkil edilib.

Məqalədə:
Seçilən
3
4
az.trend.az

6Mənbələr