AZ

Son 10 ildə ümumi daxili məhsul istehsalı 72 milyard manat artıb – CƏDVƏL

Bakı. Trend:

Ötən il ölkədə 126,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM)istehsal edilib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 4,1% və ya3,3 milyard manat artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda 123milyard manat dəyərində ümumi daxili məhsul istehsal edilib.

Bununla yanaşı ötən il əhalinin hər nəfərinə düşən ÜDM 12,4 minmanata bərabər olub ki, bu da, illik müqayisədə 0,3 min manat,yaxud da 2,2% çoxdur. 2023-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM12,1 min manat təşkil edib.

Son 10 ildə isə Azərbaycanda ümumi daxili məhsul istehsalı 72milyard manat və ya 2,3 dəfə artıb. Belə ki, 2015-ci ildəAzərbaycanda ümumi daxili məhsul istehsalının həcmi 54,3 milyardmanat idi.

ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbartəsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalisvergilər ÜDM-in 9,8 faizini təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyrineft-qaz sektorunda isə 6,2 faiz artıb.

Qeyd edək ki, ÜDM verilmiş zaman müddətində ölkə daxilindəistehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.

Son 10 ildə Azərbaycanda ÜDM istehsalının həcmi ilə aşağıdakıcədvəldən tanış ola bilərsiniz:

İllərÜmumi Daxili Məhsul istehsalı
2024126,3 milyard manat
2023123 milyard manat
2022133,8 milyard manat
202192,8 milyard manat
202072,4 milyard manat
201981,6 milyard manat
201879,8 milyard manat
201770,1 milyard manat
201660,4 milyard manat
201554,3 milyard manat
Seçilən
8
az.trend.az

1Mənbələr