AZ

Los-Anceles derbisini “Leykers” qazandı

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib. Metbuat.az xəbər verir ki, müntəzəm mövsüm çərçivəsində baş tutan yeddi görüşdən ən diqqətçəkəni Los-Anceles təmsilçiləri arasında oynanılıb. “Los-Anceles Klippers” doğma meydanda “Los-Anceles Leykers”ə 97:122 hesabı ilə uduzub. Bu nəticədən sonra “Klippers” Qərb Konfransının turnir cədvəlində altıncı, “Leykers” isə beşinci pillədə qərarlaşıb. Digər matçların nəticələri: “Filadelfiya” - “Dallas Maveriks” – 118:116“Klivlend Kavalyers” - “Boston Seltiks” – 105:112"Çikaqo Bullz" – "Mayami Hit" – 133:124“Toronto Raptors” - "Nyu-York Nik" – 115:121“Bruklin Nets” - “Hyuston Rokets” – 99:97

“Portland Treil Blazers” - "İndiana Peysers" – 112:89

Seçilən
0
1
metbuat.az

2Mənbələr