Bakı. Trend:
2024-cü ilin dördüncü rübündə “Equinor” (Norveç) şirkətininAzərbaycan şelfində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarıblokunda pay iştirakı əsasında orta sutkalıq karbohidrat hasilathəcmi günə 16, 600 barrel neft ekvivalenti təşkil edib.
Bu haqda Trendşirkətin təqdim etdiyi məlumata əsasən xəbər verir.
Bu göstərici 2023-cü ilin dördüncü rübü ilə müqayisədə azalıb.Qeyd olunan dövrdə hasilat günə 25, 300 barrel neft ekvivalentindəolub ki, bu da illik 34,4 faizlik geriləməni əks etdirir.
Həmçinin, rüblük ifadədə də hasilatın azalması (33,6 faiz) qeydəalınıb. 2024-cü ilin üçüncü rübündə “Equinor”un AÇG-dəki hasilatısutkada 25 000 barel neft ekvivalenti təşkil edirdi.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayının sonunda AzərbaycanDövlət Neft Şirkəti (SOCAR) “Equinor”un "Azəri-Çıraq-Günəşli","Qarabağ" layihələrində və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindəpayına sahib olub.
Sövdələşmədən əvvəl “Equinor” AÇG yataqlarında 7,27%,Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində 8,71% və "Qarabağ"yatağında 50% paya malik idi. Əvvəllər SOCAR-ın AÇG-də 25%, BTC-də25% və "Qarabağ" yatağında 50% payı var idi.
X: @Lyaman_Zeyn