AZ

Ötən il Baş Prokurorluqda özəl sektorlarla bağlı 303 cinayət işi başlanılıb

2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı 303 cinayət işi başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumda deyib.

O bildirib ki, 95 cinayət işi üzrə istintaq başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilib:

“40 iş üzrə ziyan ödənməsi səbəbindən icraata xitam verilib. Digər faktlarla bağlı araşdırmalar gedir”.

Seçilən
1
8
report.az

9Mənbələr