AZ

Uqandada Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsi saxlanılıb

Uqanda polisi Mərkəzi Bankın elektron sistemlərinə kiberhücum nəticəsində 62 milyard şillinqin (16,87 milyon dollar) oğurlanması ilə bağlı aparılan araşdırma çərçivəsində Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsini saxlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, saxlanılanlar arasında nazirliyin baş mühasibinə təhkim olunmuş əməkdaşlar var. Onlar istintaqa kömək etmək üçün Cinayət Araşdırmaları İdarəsinə çağırılaraq saxlanılıblar.

Polis və Maliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Xəzinədarlıq Departamentinin yüksək vəzifəli nümayəndəsi də var.

Maliyyə naziri Henri Musasizi hələ noyabrda yerli KİV-ə Mərkəzi Bankın hesablarının sındırılması və vəsaitlərin oğurlanması faktını təsdiqləyib.

Seçilən
31
report.az

1Mənbələr