AZ

Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək

Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək.

Yarışda müxtəlif bölgələrdən 60-a yaxın idmançı iştirak edəcək.

Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyasında (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.

Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 finaldan finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Turnirin açılış mərasimi ayın 6-da Bakı İdman Sarayında baş tutacaq.

Seçilən
18
21
cbcsport.az

10Mənbələr