AZ

Rəsmi Pekin: Çin Qəzzalıların məcburi köçürülməsinə qarşıdır

"Çin Qəzza sakinlərinin zorla başqa ölkələrə köçürülməsinə qarşıdır". 

HİT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.

Çin ümid edir ki, maraqlı tərəflər anklavda atəşkəs və müharibədən sonrakı idarəçiliyi Fələstin məsələsini iki dövlətli həll yoluna əsaslanan siyasi nizamlanmanın düzgün yoluna qaytarmaq şansı kimi görəcəklər.

Yanvarın 26-da ABŞ prezidenti Donald Tramp bildirib ki, o, qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada evlərini itirmiş Qəzza sakinlərinin köçürülməsini mümkün hesab edir. O qeyd edib ki, bu barədə artıq İordaniya kralı II Abdullah ilə danışıb.

Hüquqşünaslar və fəallar Trampın ideyasını təhlükəli, qeyri-qanuni və mümkünsüz adlandırıblar. “The Guardian” yazır ki, Qəzza zolağının əhalisi müharibədən əvvəl (2023-cü ilin oktyabrına qədər) 2,3 milyon nəfər olub.

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, həmçinin Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx Trampın fələstinlilərin məskunlaşdırılması təklifinə qarşı çıxıblar.

Samir
 

Seçilən
2
hit.az

1Mənbələr