AZ

“Azərxalça” 1,8 milyonluq xalça emalı sexi tikəcək

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) xalça emalı sexi inşa edəcək. 

Valyuta.az xəbər verir ki, ASC bununla bağlı tender elan edib. 

Tenderin şərtlərindən aydın olur ki, sex “Azərxalça” ASC-ni Sumqayıt Kimya Sənayesi Parkında yerləşən yun anbarının daxilində tikiləcək. 

Satınalma müsabiqəsi fevralın 19-na kimi davam edəcək. Satınalma predmetinin ehtimal olunan qiyməti 1 859 787,38 manatdır.

Hüseyn

Seçilən
5
valyuta.az

1Mənbələr