Populyar mahnıları ilə geniş pərəstişkar kütləsi toplayan müğənni İrem Derici həm səhnə performansı, həm də şəxsi həyatı ilə diqqət çəkməyə davam edir.
Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, bir müddət əvvəl sevgilisi olduğunu açıqlayan, lakin adını söyləməyən Derici, sosial media hesabından etdiyi paylaşımla sevgilisi Melih Kunukçu ilə münasibətini açıqlayıb.
Yeni sevgiyə yelkən açan və xoşbəxt pozalarını paylaşan Derici "Səni hər gecə son gecəymiş kimi sevəcəyəm" qeydini də edib.