AZ

Kağız fabrikindən texnologiya nəhənginə çevrilən “Nokia” - Yenə qayıda bilərmi?

Sadə bir kağız fabrikindən dünyada lider telefon markasına çevrilən “Nokia” illərdir sevilən və nostalji dəyəri olan bir markadır. 1990-2000-ci illərdə mobil telefon bazarının kralı sayılırdı və dünyanın hər yerində milyonlarla insanın istifadə etdiyi etibarlı marka idi. 2000-ci illərin əvvəllərində dünyanın ən çox satılan mobil telefon brendi idi. 

Valyuta.az xəbər verir ki, “Nokia” 1865-ci ildə Finlandiyada mühəndis Fredrik İdestam tərəfindən qurulub.

Şirkətin qurucusu Nokia çayı yaxınlığında ilk kağız zavodunu açıb və biznesini böyüdərək “Nokia Company” ni yaradıb. Daha sonra elektrik kabelləri, rezin məhsulları və elektronika sahələrinə daxil olub.

“Nokia” nın uğur qazanma uğrunda addımları

“Nokia” nın uğur qazanması telekommunikasiya və mobil telefon sənayesinə yönəlməsi ilə başladı. 1980-ci illər şirkət mobil rabitə texnologiyasına sərmayə qoymağa başladı. 1990-cı illər “Nokia” dünyanın ən populyar mobil telefon istehsalçısına çevrildi. 1998-ci il “Nokia” dünyanın ən çox telefon satan şirkəti oldu.

2000-ci illər “Nokia 3310”, “Nokia 6600”, “Nokia N95” kimi məşhur modellər böyük uğur qazandı. 2007-ci il “Nokia” dünyada ən çox satılan mobil telefon brendi oldu və bazarın lideri idi.

“Nokia”nın uğursuzluğunun səbəbləri 

“Nokia”nın uğursuzluğunun əsas səbəblərindən biri texnoloji dəyişikliklərə gec uyğunlaşması ilə oldu. Belə ki, “Android” və “iOS” un inkişafı ilə “Nokia” geri qaldı. "Nokia” innovasiyalara açıq deyildi. Belə ki, “Apple” və “Samsung” yeni texnologiyalar təqdim etdiyi halda, “Nokia” köhnə strategiyasına sadiq qaldı. “Nokia” nın səhvlərindən biri də “Android” ə keçmək əvəzinə, “Microsoft” un “Windows Phone” sistemini seçməsi idi. Bu, bazarda zəif rəqabətə səbəb oldu.

2013-cü il “Nokia” nın mobil telefon bölməsi “Microsoft” tərəfindən satın alındı, lakin bu da uğursuz oldu. 2000-ci illərin əvvəllərində dünyanın ən çox satılan mobil telefon brendi idi, lakin son illərdə bazarda “Samsung”, “Apple” və digər Android brendləri üstünlük təşkil edir.

“Nokia”nın indiki fəaliyyəti 

Bu gün “Nokia” əsasən, mobil telefon istehsalı ilə məşğul olmur, lakin şirkət fəaliyyətini telekommunikasiya və 5G texnologiyalarına yönəldib. “Nokia” indi, əsasən, 5G şəbəkə infrastrukturu və telekommunikasiya avadanlıqları istehsal edir. HMD Global ilə əməkdaşlıq edərək 2016-cı ildən “Nokia” brendi altında yeni smartfonlar istehsal edilir.

Şirkət smartfon bazarında lider mövqeyində deyil, lakin şəbəkə texnologiyalarında güclü şirkətlərdən biridir.

“Nokia” qayıda bilərmi?

Hazırkı vəziyyətdə “Nokia” nın yenidən “Apple” və “Samsung” səviyyəsinə çatması çox çətindir. Ancaq düzgün strategiya və innovasiya ilə, “Xiaomi” və “OnePlus” kimi brendlərlə rəqabət aparacaq bir mövqeyə çata bilər. Əsas məsələ “Nokia” nın bazarda fərqlilik yarada bilib-bilməyəcəyidir. 

Sərvanə Rəmixanova

Seçilən
3
valyuta.az

1Mənbələr