1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fevralın 5-i saat 10:47-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".
Mingəçevirdə 15 yaşlı yeniyetmə ölüb.
Oxu.Az xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifovun bu gün dərsdə halı pisləşib.
O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılanda yolda vəfat edib.
Qeyd edək ki, 15 yaşlı yeniyetmə bir ay öncə ürəyindən əməliyyat olunubmuş.